RU

ABŞ əhalisinin əksəriyyəti Ukraynaya hərbi yardımın dayandırılmasını dəstəkləyir – ÖZƏL

ABŞ sakinlərinin böyük bir hissəsi Ukraynaya hərbi yardımın dayandırılması ideyasını dəstəkləyir. 

Olaylar.az xəbər verir ki, bu barədə The American Conservative jurnalı CBS News və YouGov tərəfindən aparılmış rəy sorğusuna istinadən məlumat yayıb.

Sorğu nəticələrinə görə, 19-22 noyabr tarixlərində keçirilən araşdırmada respondentlərin 51%-i ABŞ-nin Ukraynaya silah və hərbi yardım tədarükünü dayandırmasının vacib olduğunu bildirib.

Eyni zamanda, iştirakçıların 79%-i hesab edir ki, Ukraynaya dəstəyin məhdudlaşdırılması ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçid komandasının əsas prioritetlərindən biri olmalıdır.

Bu nəticələr ABŞ-nin Ukrayna ilə bağlı siyasətinə dair ictimai rəydə ciddi dəyişikliklərin baş verdiyini göstərir. Belə yanaşmanın yeni administrasiyanın xarici siyasətinə təsir göstərə biləcəyi ehtimal edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники