RU

Rusiya Talibanla danışıqlar aparır - Şoyqu Əfqanıstana səfər edib

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu noyabrın 25-də Əfqanıstana işgüzar səfər edib.

Herbiand.az TASS-a istinadən xəbər verir ki, Şoyqunun Taliban tərəfindən idarə olunan “ölkənin ali rəhbərliyi” ilə görüşdüyü və “baş nazir müavinləri və nazirlərlə iqtisadi, nəqliyyat və təhlükəsizlik məsələlərini” müzakirə etdiyi bildirilir.

“İnterfaks” agentliyi, Şoyqunun Rusiyanın Əfqanıstanla “bütün istiqamətlərdə” əməkdaşlığa hazır olması ilə bağlı sözlərini sitat gətirir: “Mən ölkələrimiz arasında konstruktiv siyasi dialoq qurmağa, o cümlədən daxili danışıqlar prosesinə təkan vermək üçün hazır olduğumu təsdiqləyirəm”.

Избранный
18
herbiand.az

1Источники