RU

“Amazon”un Yaponiyadakı baş ofisində axtarışlar aparılıb

Bakı. Trend:

Yaponiyanın paytaxtı Tokioda yerləşən “Amazon Japan” şirkətininbaş ofisində hüquq-mühafizə orqanları tərəfindən axtarışlaraparılıb.

Trend xəbərverir ki,bu barədə Yaponiyanın ictimai televiziyası məlumatyayıb.

Bildirilib ki, “Amazon Japan” şirkəti antiinhisarqanunvericiliyini pozmaqda şübhəli bilinir.

Yaponiyanın Dövlət Ədalətli Ticarət Komissiyası hesab edir ki,“Amazon”un Yaponiyadakı baş ofisi pərakəndə satıcıları özməhsullarının qiymətlərini digər onlayn platformalardakından dahaaşağı səviyyədə təyin etməyə məcbur edir.

Şirkət, həmçinin, pərakəndə satıcıları öz logistikaxidmətlərindən istifadə etməyə məcbur etməkdə şübhəli bilinir;əvəzində “Amazon Japan” həmin satıcıların məhsullarını öz saytındadaha görünən mövqelərə yerləşdirir.

“Yaponiya Dövlət Komissiyası əmindir ki, bu cür təcrübələrölkədə mövcud olan antitrest qanunvericiliyinin pozulmasıdır”, -məlumatda qeyd olunub.

Məqalədə:
Избранный
8
az.trend.az

1Источники