RU

Mingəçevir su anbarında zəlzələ baş verib

Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında noyabrın 26-da zəlzələ qeydə alınıb.

EDnews xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Qeyd edilib ki, yerli vaxtla saat 09:16-da qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub.

Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.

Избранный
16
49
ednews.net

10Источники