RU

Tanınmış türk hakimi “Qarabağ” -“Lion” oyununa təyinat alıb

Türkiyənin tanınmış futbol hakimi Cüneyt Çakır Bakıya gələcək.

Hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan keçmiş referi “Qarabağ”ın avrokubok oyununa təyinat alıb.

O, Ağdam klubunun UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın “Lion” komandasına qarşı keçirəcəyi V tur matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək. Görüşün UEFA nümayəndəsi isə yunanıstanlı Aristeidis Stavropulos olacaq.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.

Избранный
20
7
azpost.info

10Источники