RU

MM-də müzakirə: Təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə… 

“2025-ci ilin dövlət büdcəsi mükəmməl hazırlanıb. Dövlət büdcəsi layihəsi ölkəmizin hərtərəfli inkişafında vacib rol oynayacaq”.

Bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, müdafiə və təhlükəsizlik xərclərinə kifayət qədər vəsait ayrılıb:

“Ordumuzun gücünü artırmaq üçün vacib addımlar atırıq. Peşəkar ordu quruculuğu sahəsində çalışan, müddətdən artıq hərbi xidmət keçən, xüsusi təyinatlı hərbçilərimizin maaşlarını bir neçə dəfə artırmalıyıq. Təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın bir qədər azalır. Məsələnin normal məcraya gəlməsi üçün uzun müddət tələb olunur. Hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması sözügedən prosesin tezləşməsinə səbəb olar. İctimai təhlükəsizliyimizi qoruyan polis əməkdaşlarının da maaşları artırılmalıdır. Çünki hüquq mühafizə orqanları arasında ən az məvacib alan DİN əməkdaşlarıdır”.


Избранный
22
referans.az

1Источники