RU

Azərbaycanda bu şəxslərin MAAŞLARININ ARTIRILMASI gündəmdə - Təklif edildi

Peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq xidmət çəkən və xüsusi təyinatlı hərbçilərin maaşları bir neçə dəfə artırılmalıdır.

Titul.az "Report"a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsində çıxış edib.

Onun sözlərinə görə, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın bir neçə dəfə azalır:

"Ona görə də hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə axını daha da stimullaşdıra bilər. Bu siyahıya ictimai təhlükəsizliyimizi qoruyan polis əməkdaşlarını da əlavə etməliyik. Çünki hüquq-mühafizə orqanları içərisində ən az məvacib alan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Избранный
8
11
titul.az

10Источники