RU

Bortnikov: Trampın dövründə ABŞ-ın xarici siyasətində az şey dəyişəcək...

FTX direktoru Aleksandr Bortnikov hesab edir ki, ABŞ-ın hazırkı prezidenti Co Baydenin komandası dünyada vəziyyəti mümkün qədər gərginləşdirə bilər...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Bortnikov bubarədə MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin görüşündə bildirib.

FTX direktoru yanvarda vəzifəsinin icrasına başlayacaq Donald Trampın seçilməsi ilə ABŞ-ın xarici siyasətində dramatik dəyişikliklərin baş verməsinin mümkün olmadığını deyib.

Bortnikovun sözlərinə görə, ABŞ, Böyük Britaniya və onların müttəfiqləri MDB ölkələri arasında “müttəfiqlik münasibətlərinə kobud şəkildə müdaxilə etmək” cəhdlərini davam etdirəcəklər. O, həmçinin onları inteqrasiya proseslərinə mane olmaqda və Birliyin təhlükəsizliyini və sabitliyini təmin etmək səylərini gözdən salmaqda ittiham edib. FTX direktoru hesab edir ki, MDB ölkələri istənilən təxribata hazır olmalıdır.

Poliqon.info

Избранный
12
poliqon.info

1Источники