RU

Bu gün Livanda savaş bitə bilər - HƏMAS-dan açıqlama

HƏMAS Livanda atəşkəsi dəstəkləyir.

Axar.az xəbər verir ki, bunu HƏMAS-ın sözçüsü Üsamə Həmdan Livanın “Əl Mayadin” telekanalına müsahibəsində deyib.

“Livanda hər hansı atəşkəs elanı bizim tərəfimizdən alqışlanır, çünki Hizbullah xalqımızı dəstəkləyib və böyük fədakarlıqlar edib”, - o bildirib.

Həmdan HƏMAS və Hizbullahın bir-birinə güvəndiyini və hərəkətlərini hər detalda koordinasiya etdiyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 25-də “Axios” yüksək rütbəli ABŞ rəsmisinə istinadən İsrail və Hizbullah arasında atəşkəs razılaşmasının yekunlaşmaq üzrə olduğunu yazıb. Eyni zamanda qeyd edilir ki, bu gün İsrailin Nazirlər Kabineti bu sazişi təsdiq edəcək.

Избранный
7
1
axar.az

2Источники