RU

Şuşada milyonluq layihələr həyata keçirən şirkətə yazılan protokola xitam verildi – Əmək hüquqlarını pozmayıb

Nəsimi Rayon Məhkəməsində “Conco” QSC-yə yazılan inzibati protokola baxılıb.

Turanpress.org xəbər verir ki, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərarla inzibati xəta tərkibi olmadığına görə protokola xitam verilib.

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: “Conco” QSC-nin direktoru iş adamı Hacı İlham Şıxseyidovdur. Şirkət Şuşada bərpa-quruculuqla əlaqədar elan edilən milyonluq tenderlərin qalibi olub.

Pravda.az

Избранный
7
4
turanpress.com

10Источники