RU

Netanyahunun "axtarılır" plakatları İngiltərə küçələrində

Beynəlxalq Cinayət Məhkəməsi həbs qərarı verdikdən sonra İngiltərə küçələrində Netanyahunun "Axtarılır" yazılmış plakatları divarlara asılıb.

Turkustan.az xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahunu həbs qərarının əks-sədası davam edir.

İngiltərə Xarici İşlər Naziri David Lammy açıqlama verib: "Netanyahu Böyük Britaniyaya səfər edərsə, lazımı addımlar atılacaq".

Bildirək ki, Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi 21 noyabrda Netanyahu və keçmiş müdafiə nazirini Yoav Gallantın insanlığa qarşı cinayətdə şübhəli bilinərək həbsə order verilməsi ilə bağlı qərar çıxarmışdı. İlk dəfədir ki, hansısa İsrail rəsmiləri üçün beynəlxalq həbs qərarı verilir.

Artıq bir sıra ölkələr Netanyahunun səfəri halında həbs qərarını icra edəcəklərini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Избранный
16
turkustan.az

1Источники