RU

Ukrayna müdafiə naziri Cənubi Koreyaya səfər edəcək

Ukraynanın müdafiə naziri Rustem Umerov Cənubi Koreyaya səfər edəcək.

Missiya.Az  “South China Morning Post”a istinadən xəbər verir ki, səfər noyabrın 27-də baş tuta bilər.

Bildirilir ki, Ukrayna nümayəndə heyəti Seulda hərbi yardımın göstərilməsi imkanlarını müzakirə edəcək.

Məlumata görə, Kiyev zenit-raket və artilleriya sistemlərinin daxil olduğu sorğuların siyahısını Seula təqdim etməyi planlaşdırır.

Xatırladaq ki, Cənubi Koreya prezidenti Yoon Suk-yeol bu yaxınlarda bəyan etmişdi ki, Seul Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın inkişafından asılı olaraq Ukraynaya silah tədarükünü nəzərdən keçirməyə hazırdır.

Daşqın HəsənovMissiya.Az

Избранный
8
missiya.az

1Источники