“Kəpəz” futbol klubunun əsas komandası ilə lisenziya tələblərinə uyğun olaraq görüş keçirilib.
İdman.biz xəbər verir ki, görüşdə AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker və AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev iştirak ediblər.
Onlar komandanın üzvlərinə qaydalarda və təlimatlarda edilən dəyişikliklər haqqında məlumat veriblər.
İdman.biz