Aktual.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar İsgəndərov parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
O bildirib ki, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın bir neçə dəfə azalır:
"Ona görə də hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə axını daha da stimullaşdıra bilər. Bu siyahıya ictimai təhlükəsizliyimizi qoruyan polis əməkdaşlarını da əlavə etməliyik. Çünki hüquq-mühafizə orqanları içərisində ən az məvacib alan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır”.