RU

“Müəllim və həkimlərin 70 yaşadək işləməsinə icazə verilsin” – Deputatdan TƏKLİF

“Hər ötən il pensiyaçılarımızın sayı azalmaqdadır. Əgər təqaüdçü sahibkar olaraq və ya digər sahədə öz əmək qabiliyyətindən istifadə etmək istəyirsə, ona pensiya fondundakı vəsaitin birdəfəlik ödənilməsi təmin edilməlidir. Yaxud da pensiyaçının pensiya fondundakı məbləğin ailə üzvlərinə verilməsi qanunvericilikdə öz əksini tapmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu deputat Arzuxan Əlizadə parlamentin bu gün keçirilən plenar iclasında 2025-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı deyib.

O, 65 yaşlı müəllim və həkimlərin təqaüdə göndərilməsini doğru hesab etmədiyini bildirib:

“65 yaşlı müəllim və həkimin mövcud təcrübəsindən yararlanmaq əvəzinə onları evə göndərmək nə qədər ədalətli ola bilər?! Onların işləməsinə heç olmasa, 70 yaşına qədər icazə vermək olar. Məlumdur ki, bir il müqavilə bağlamaqla əmək fəaliyyətinə davam edə bilirlər. Lakin bu amil özü də bir sıra hallarda neqativə səbəb ola bilir”.

Günay Şahmar, Bizim.Media

Избранный
13
19
bizim.media

10Источники