RU

"Novaya Pesnya" adlı musiqi müsabiqəsi təşkil olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hər il olduğu kimi, bu il də "Novaya Pesnya" radiosunun direktoru Oleq Peçerski və musiqi prodüseri Tatyana Talanova tərəfindən Rusiyanın Yaroslavl şəhərində " Novaya Pesnya" adlı musiqi müsabiqəsi təşkil olunub.
Oxu.Az xəbər verir ki, ənənəyə sadiq qalaraq bu ilin final qala konserti 02.11.24 tarixində "Millenium" adlı konsert sarayında keçirilib. Mahnıların rus dilində və müxtəlif janrlarda (romans, patriotik, estrada, rok, şanson) səslənməsi əsas şərt olaraq qəbul edilib.
Bu il Azərbaycanı həmyerlimiz, vətənpərvər, rok, şanson mahnıların ifaçısı və müəllifi Rəşad İsmayıl təmsil edib. Rəşadın sözlərinə görə ötən il onun "Provinsialka" (Əyalətli qız) adlı mahnısı "Novaya Pesnya" radiosunda, Yaroslavlda olduğu kimi, Rusiyanın digər bölgələrində də tez-tez yayımlanıb və 20-yə düşərək Yaroslavla qala konsertə dəvət alıb. Bu il Rəşadın yeni mahnısı olan "Devçonka Volnaya" (Sərbəst qız) adlı mahnısı (müəllif Zamira Jaboyeva-Xusinova) dinləyicilər tərəfindən sevilərək müsabiqədə yer alıb. Rəşad müsabiqəyə rəsmi müraciət edib. Müsabiqəyə Rusiyanın bölglərindən olan müraciətlə bərabər müxtəlif xarici dövlətlərdən də qatılanlar olub. Bu final qala konsertinin əsas üstünlüyü odur ki, bütün əsas laureatlar mahnılarını Yaroslavl qubernator akademik simfonik orkestrinin ifası ilə səsləndirməlidirlər.
50-dən çox musiqiçisi olan orkestrin dirijoru Aleksey Çuqayev olub. Rusiyadan və digər dövlətlərdən olan güclü səsə malik ifaçılar konsertdə ifalar ediblər.
Rəşad İsmayıl tərəfindən ifa olunan "Devçonka Volnaya" adlı mahnısı şanson nominasiyasında 2-ci yerə layiq görülüb. Ötənilki çıxışından sonra Rəşadı tanıyırdılar və ifasını çox sevirdilər. Rusiyanın Sankt-Peterburq şəhərinin məşhur siması, "Qolos" layihəsinin finalçısı, estrada və vətənpərvər mahnıların müəllif və ifaçısı Anastasiya Bubnova müsabiqədən bir ay öncə Rəşad İsmayıla onunla duet oxumağa təklif edib. Mahnı Rəşadın çox xoşuna gəlib və təklif edib ki, bu əsəri konsertdə duet şəklində ifa etsinlər. Anastasiya Rəşadın ifasını çox bəyənib və təklif edib ki, Yaroslavl şəhərində bu əsərə bir musiqili klip çəksinlər. Rəşad isə bu təkliflə razılaşıb. Çox uğurlu çəkilişlər baş tutub. Baş tutan duetdən yalnız layihə və radio rəhbəri Oleq Peçerski xəbərdar olub.
"Veter Brodyaqa" (Əsən Külək) (müəllif: Anastasiya Bubnova)adlı mahnı elan edilib, Rəşad İsmayıl və Anastasiya Bubnova səhnəyə dəvət ediliblər. Duet səhnədə səsləndiriləndən sonra hər kəs ayağa qalxıb və alqışlayaraq "Bir daha ifa olunsun" deyə uca səslə qışqırıblar. İfa o qədər sevilib ki, izləyicilər onları səhnədən buraxmayıblar.
Bir neçə dəqiqədən sonra Rəşad İsmayılı bir daha səhnəyə dəvət ediblər. Rəşad təəccüblənərək nə baş verdiyini bilməyib və səhnəyə qaçıb. Səhnədə Rəşadı ən yaxşı rus mahnıların əcnəbi müəllif ifaçısı nominasiyasında 1-ci yerə layiq görüb və təltif ediblər. Bu anda o sevinc göz yaşlarına hakim ola bilməyib. Yekunda bütün laureatlar "Novaya Pesnya" müsabiqəsinin himnini (müəllif: Vladimir Çe) ifa etmək üçün səhnəyə dəvət olublar. Eyni zamanda bütün region və müxtəlif dövlətlərin bayraqları və onlarla bərabər Azərbaycan bayrağı səhnədə dalğalanıb.
"Bayrağı ölkədən kənarda yüksəltmək bizim üçün çox şərəfli və məsuliyyətli bir peşədir. Bu, 8 Noyabr - Zəfər Gününə ölkəmə qazandığım Qələbədir!" - deyə Rəşad sevincini ifadə edib.
Избранный
46
50
oxu.az

10Источники