RU

Sabirabadda 11 kənd hələ də qazla təmin edilməyib- ÖZƏL

Milli Mlisin deputatı Kamal Cəfərov Sabirabad rayonunun qaz problemini aidiyyati orqanlar qarşısında qaldırıb. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Cari ilin avqust ayında təşviqat zamanı 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin kəndlərindəgörüşlər keçirərkən, kənd camaatının ən çox narahat edən məsələ də 11 kəndin hələdə qaz təhcizatı ilə təmin edilməməsi idi. Bununla bağlı seçkidən dərhal sonra Azəriqaz İB-nin rəhbərliyi ilə görüşdüm, kənd camaatını narahat edən məsələləri araşdırdım. Mənə bildirildi ki, son bir neçəilə qədər kəndlərin qazlaşdırılması prosesi dövlət büdcəsi hesabına edilirdisə, hazırda bu mərhələli formada Azəriqaz İB-nin daxili maliyyə resursları hesabına həyata keçirilir. Bu təqdirəlayiq olsa da, qazlaşdırlma prosesi daha çox vaxt aparır. Ona görə də Azərbaycan Respublikasının Baş Nazirinin və Hökumət üzvlərinin iştirakı ilə keçirilən dövlət büdcəsinin müzakirəsi zamanı bu məsələni qaldırdım və xahiş etdim ki, qazlaşdırılma prosesi surətləndirilsin və buna qədər hazırda Sabirabadın 11 kəndinin camaatının bu gün üzləşdiyi çətinliyin yüngülləşdirilməsi üçün səyyar qaz satışlarının həmin kəndlərdə təşkil edilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
olaylar.az

1Источники