Azərbaycanda orta məktəb şagirdləri arasında su çiçəyi xəstəliyi yayılıb.
Bu barədə Lent.az-a valideynlər məlumat veriblər.
İddia olunur ki, bəzi məktəblərdə uşaqlar arasında su çiçəyinə yoluxma hallarına rast gəlinir.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə əsasən uşaqlar arasında su çiçəyi xəstəliyinə yoluxma hallarına rast gəlinir.
2024-cü ilin ötən dövrü ərzində qeydə alınan su çiçəyi hadisələrinin səviyyəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunur.
Qeyd etmək lazımdır ki, su çiçəyi xəstəliyinə qarşı ölkədə peyvəndləmə aparılmır.
Qeydə alınan xəstəlik ocaqlarında profilaktik və əks-epidemik tədbirlərin aparılması təmin edilir.