RU

“Qarabağ”ın oyunu serblərə tapşırıldı

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində Fransanın “Lion” klubuna qarşı keçirəcəyi V tur matçının təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, noyabrın 28-də Bakıda baş tutacaq görüşə Serbiyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı Nenad Minakoviç idarə edəcək Nikola Boroviç və Boşko Bozoviç oyunun baş hakiminin köməkçiləri olacaqlar. Milan Mitiç dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Avropa Liqası
Liqa mərhələsi, V tur

28 noyabr

21:45. “Qarabağ” – “Lion”
Baş hakim: Nenad Minakoviç
Baş hakimin köməkçiləri: Nikola Boroviç, Boşko Bozoviç
Dördüncü hakim: Milan Mitiç
VAR: Momçilo Markoviç
AVAR: Novak Simoviç
(hamısı Serbiya)
Tofiq Bəhramov adına Respublika Stadionu

Избранный
18
45
futbolpress.az

10Источники