ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çindən narkotik qaçaqmalçılığının ABŞ-a geniş miqyasda daxil olması ilə əlaqədar Çindən gələn bütün mallara 10% əlavə rüsum tətbiq edəcəyinə söz verib."Mən Çinlə ABŞ-a göndərilən böyük həcmdə narkotiklər, xüsusən də fentanil (sintetik opioid) haqqında çoxlu söhbətlər aparmışam, lakin bu, heç bir nəticə verməyib", - deyə o, özünün "Truth" sosial şəbəkə hesabında yazıb. “Çinli məmurlar mənə dedilər ki, bunu edən hər hansı narkotik alverçisinə qarşı maksimum cəza, ölüm hökmü tətbiq edəcəklər, lakin təəssüf ki, bunu heç vaxt etməyiblər və narkotiklər ölkəmizə misli görünməmiş miqdarda, əsasən də Meksika vasitəsilə daxil olur” - deyə Tramp qeyd edib.O, bildirib ki, bu dayanana qədər Çinin ABŞ-a daxil olan bütün məhsullarına əlavə rüsumların üzərinə əlavə 10 faiz rüsum tətbiq ediləcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта