RU

Şəhid Təbriz Cüməzadə məzarı başında anıldı – Fotolar


Bu gün Mingəçevirin Vətən müharibəsi şəhidlərindən Təbriz Cüməzadənin anım günüdür.
Yeniavaz.com
xəbər verir ki, Şuşa fatehi Təbriz Cüməzadənin torpağa tapşırılmasından 4 il ötür.
Əslən Oğuz rayonunun Xaçmaz kəndindən olan Təbriz Cüməzadə 2000-ci ilin fevralın 2-də dünyaya göz açıb. Ailədə iki qardaş olublar. Təbriz orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2019-ci ildə hərbi xidmətini başa vurduqdan sonra evinə dönüb. Bir müddət işsiz qalıb. 2020-ci ilin sentyabrın 29-da isə könüllü-səfərbərliyə cəlb olunub, müharibəyə göndərilib. Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində döyüşüb. Noyabrın 8-də, Şuşa işğaldan azad olunan gün, müharibənin başa çatmasına iki gün qalmış isə ağır döyüşlərdən birində şəhid olub.
Nəşi 17 gün sonra, ayın 25-də, Şuşa şəhərində tapılıb. 26 noyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub. 
Anım günü ilə bağlı bu gün şəhidin məzarı ziyarət olunub. Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Qeyd edək ki, Təbriz Cüməzadə şəhidlik zirvəsinə ucaldıqdan sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Esmira Hidayətova, Mingəçevir



Избранный
14
yeniavaz.com

1Источники