RU

“Azərbaycan Rusiya qazını Avropa İttifaqına nəql etmir” –Brüsseldən rəsmi təkzib. İttihamlar rədd olundu

“Cənub Qaz Dəhlizi yalnız Azərbaycanın qaz yataqları ilə bağlıdır, Rusiya qazını Avropa İttifaqına nəql etmir”.

Azpost.info bildirir ki, bu sözləri “Politiko” nəşrinə Avropa İttifaqının Enerji Komissiyasının sözçüsü Tim Makfi  bildirib.

O,  bu məsələ ilə bağlı səslənən iddiaları təkzib edib: “Avropa İttifaqı bazarlarını təmin edən Cənub Qaz Dəhlizi yalnız Azərbaycanın qaz yataqları ilə bağlıdır”deyə o vurğulayıb.

Aİ-nin Rusiyadan asılılığa son qoymaq səyləri çərçivəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen 2022-ci ildə Azərbaycan prezidenti İlham Əliyevlə blokun Cənubi Qafqaz ölkəsindən idxalını 2027-ci ilə qədər iki dəfə artırmaq üçün tarixi müqavilə imzalayıb.

İyun ayında “Chatham House”  öz təhlilində Rusiya qazının davamlı yüksək Avropa tələbatını ödəmək üçün Azərbaycan və Türkiyə vasitəsilə yuyulduğunu” iddia edib. Prezident İlham Əliyev bundan əvvəl Azərbaycanın Rusiya qazını Aİ-yə reeksport etməsi ilə bağlı iddiaları tənqid edib və onları “saxta xəbər” adlandırıb.

Bu ilin birinci rübündə Avropa İttifaqının bütün boru kəməri qazının təqribən 7 faizi Azərbaycandan idxal edilib. Bu il ölkə Avropaya 10 milyard kubmetrə yaxın qaz satıb.

Ötən həftə Azərbaycanın xarici işlər naziri Hikmət Hacıyev internetdə paylaşımında yazıb ki, “2024-cü ildə Azərbaycan Rusiyadan qaz idxal etməyib. Nöqtə! Azərbaycanda qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixrac həcmi hər kəsin gözü qarşısındadır”.

Azpost.info

Избранный
11
azpost.info

1Источники