RU

Gürcüstanlı fəal Samirə Bayramova milli mənsubiyyətinə görə Ermənistana buraxılmayıb

Milliyyətcə azərbaycanlı olan gürcü fəal Samirə Bayramova İrəvan hava limanına buraxılmayıb. Bu barədə Bayramova “X” sosial şəbəkəsində yazır.

“Pis hava şəraiti ilə əlaqədar Tbilisiyə uçan təyyarə İrəvan hava limanında məcburi eniş edib. Məni, Gürcüstan vətəndaşını ölkəyə buraxmadılar, dedilər ki, “millətiniz problemlidir”. Niyə biz bu münaqişənin iştirakçısı olmalıyıq? Bu, Nikol Paşinyanın demokratik bəyanatlarına uyğun gəlmir”. – Bayramova sosial şəbəkədə yazır.

Almaz Həsənli

Избранный
14
oxumeni.az

1Источники