RU

Hindistanın yüksək səviyyəli müdafiə rəsmisi Moskvaya və Kalininqrada səfər edəcək — ÖZƏL

Hindistanın müdafiə naziri Racnath Singh-in Rusiyaya səfəri dekabrın 8-10-a planlaşdırılıb, o, Moskva və Kalininqrada səfər edəcək.

Olaylar.az xəbər verir ki, bunu Nyu-Dehlinin hərbi dairələrindəki mənbə bildirib.

"Səfər dekabrın 8-10-na planlaşdırılıb. Nazir Moskva və Kalininqrada səfər edəcək, burada "Project 11356" freqatının bayraq qaldırma və Hindistan Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimində iştirak edəcək", - mənbə bildirib.

Onun sözlərinə görə, Moskvada Hindistanın yüksək səviyyəli müdafiə rəsmisi rusiyalı həmkarı Andrey Belousov ilə danışıqlar aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
34
3
olaylar.az

3Источники