RU

Almaniyada məscidlərdən birində 13 yaşlı qızlar üçün “evliliyə hazırlıq” kursları təşkil olunub

Almaniyada

Almaniyanın Mannheim şəhərindəki məscidlərdən birində 13 yaşlı qızlar üçün “evliliyə hazırlıq” kursları təşkil olunub.Bild xəbər verir ki, təşkilatçı yerli İslam İşçiləri Assosiasiyası olub. Kurs ən çox miqrantların yaşadığı Neckarstadt rayonundakı Ömər Əl-Faruq İslam Mərkəzində keçirilib. Məscid nümayəndələrinin sözlərinə görə, tədbirin adı zəif yazılıb və düzgün başa düşülməyib.“Qızımın indi beş yaşı var. Mən onun böyük yaşda ailə qurmasına üstünlük verərdim. Tədbirin adının fərqli təəssürat yaratması qətiyyən təəssüfləndiyimiz səhv idi”, - deyə məscidin sözçüsü Xəlil Xəlil bildirib.Onun sözlərinə görə, seminarlar iştirakçıların özünə hörmətinin artırılmasına, o cümlədən münasibətlərdə bərabərlik mövzularına yönəlib. O əlavə edib ki, kurslarda yetkinlik yaşına çatmayanlarla nikahın qadağan olunması ilə bağlı da dərslər keçirilir. Təşkilatçılar vurğuladılar ki, onların məscidində 18 yaşına çatmamış qızlarla nikaha icazə verilmir.

Eltun Məmmədov

Diqqət Çəkənlər

İsrail Nazirlər Kabineti yekdilliklə İsrailin ən qədim qəzeti Haaretz-ə qarşı sanksiya tətbiqinə səs verib

Cənubi Koreyada qəsdən kökəlməklə məcburi hərbi xidmətdən yayınan şəxs mühakimə olunub

Gürcüstan parlamenti bütün 150 deputatın səlahiyyətlərini tanıyıb

Избранный
30
ulusum.az

1Источники