Bakıdakı apteklərdən birində müdirin xanım işçini döydüyü iddia olunur. Bununla bağlı Meydan TV-yə təqdim edilən videogörüntülərdən də aydın olur ki, hadisə aptekin içində baş verib. Görüntülərdə bir kişi xanım işçini yerə yıxıb təpikləyir, döyür.Hadisənin iyulun 7-də Rəşid Behbudov küçəsindəki aptekdə baş verdiyi bildirilir. İddiaya görə, görüntülərdə Aysel adlı işçisini döyən aptekin müdiri Elnur Cabbarovdur.Elnur Cabbarov hazırda eyni aptekdə çalışan başqa bir xanım əməkdaşının həyat yoldaşı ilə də problem yaşayır. Bu barədə Meydan TV-yə danışan Qabil Quliyev deyir ki, bu məsələnin də kökü aptek müdirinin xanım işçisini döyməsinə gedib çıxır:“Aptekdə iş yoldaşı Ayselə “müəllim dovşana oxşayır” mesajı yazıb. Aysel də ona gülüş işarəsi atıb. Elnur Cabbarovun apteklərinə nəzarət edən qadın da bunu müdirə çatdırıb ki, sənin haqqında belə deyirlər. Bu da Ayseli o cür döyüb, təpikləyib. Aysel evə gedəndə anası o vəziyyətdə onu görüb, soruşub ki, sənə nə olub? Deyib ki, müdir döyüb. Anası inanmayıb ki, nə danışırsan, belə şey olar? Qardaşımın yoldaşı da onunla aptekdə işləyir, Aysel ondan xahiş eləyib ki, kameradakı görüntüləri monitordan çəkib göndərsin. Qardaşımın yoldaşı da göndərib. Ayselin anası bundan sonra qızının döyülməsilə əlaqədar Ailə, Qadın Komitəsinə və 22-ci polis bölməsinə şikayət edib”.Qabil Quliyev danışır ki, polis bölməsində bir müddət araşdırma gedib, sonradan Ayseldən barışıq ərizəsi alıb, işi bağlayıblar. Bunu Meydan TV-yə Ayselin digər yaxınları da təsdiqləyib.Ardınca Elnur Cabbarov videonu ona göndərənin kimliyini araşdırmağa başlayıb və Şəhanə Quliyeva olduğunu müəyyənləşdirib:“Bizdə Elnur Cabbarovun səs yazısı var, deyir ki, polisə, jurnalistlərə 50 minə qədər pulum çıxdı. Mənə heç kim heç nə eləyə bilməz. Beləcə, işi bağlayır. Başlayır, qardaşımın həyat yoldaşına nalayiq, heç bir əxlaqa sığmayan, təhqir dolu mesajlar yazmağa. Axırda elə bir şey yazır ki, heç bir həyat yoldaşı onu götürməzdi. Qardaşım da onun yazdıqlarını oxuyurdu. Dilə gətiriləsi ifadələr deyil. Hansı kişinin yoldaşına, bacısına o sözləri desələr, o, qəbul edərdi? Ümumiyyətlə, kiminsə yoldaşına onu yazmağı kimsə özünə necə rəva görə bilər? Bundan sonra qardaşım durub gedir onun yanına ki, nə istəyirsən? 7 ildir qardaşım Şəhanə Quliyeva ilə evlidir. Qardaşımla əlbəyaxa olurlar. Sonra gedib qardaşımdan polisə şikayət edir. Nəticədə qardaşımı tuturlar. Ona deyirəm ki, qardaşımın həyat yoldaşına niyə belə şeylər yazmısan? Deyir, yaxşı eləmişəm…”.Zamin Quliyev haqqında cinayət işi başlanıb, ona qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb. Hazırda Nərimanov Rayon Polis İdarəsində istintaq davam edir.Qabil Quliyev deyir ki, qardaşı təqsirsizdir, qarşı tərəf öz hərəkətlərilə onu təhrik edib:“Bu adam cəzasızlıq mühitində istədiyini edir. Zərərçəkmiş kimi tanınıb. Mənə deyir ki, bir şərtlə barışıq ərizəsi yazaram, qardaşın o qadını boşasın. Deyirəm, siz nə danışırsınız? Niyə boşanmalıdır? Mənim qardaşım elektrikdi, gündəlik çörəkpulu qazanmaqla məşğuldu. Belə bir adam dayandığı yerdə başına iş açıb”.Meydan TV Elnur Cabbarovun ünvanına səslənən ittihamlar, həmçinin görüntülərlə bağlı şərh almaq üçün onunla əlaqə saxlamağa dəfələrlə cəhd göstərib. Onun 211-– nömrəli telefonuna çoxsaylı zənglərimizə cavab verməyib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.Meydan TV-nin əldə etdiyi məlumata görə, paytaxtda Maliyyə Nazirliyinin qarşısında, “Dostluq” kinoteatrının yaxınlığında, Ayna Sultanovanın heykəlinin yanında, Əhmədli qəsəbəsində “Bakı” kinoteatrının ətrafında və s. yerlərdə Elnur Cabbarova məxsus çoxsaylı apteklər fəaliyyət göstərir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта