RU

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları 80 fiziki və hüquqi şəxsi əhatə edə bilər

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 15-ci sanksiyalar paketinə 50-yə yaxın fiziki və 30 hüquqi şəxsin daxil edilməsini planlaşdırır.

Xezerxeber.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, yeni məhdudiyyətlərin əsasən Rusiyanın hərbi sənayesinə, eləcə də onları dron istehsalı üçün hissələrlə təchiz edən bəzi Çin firmalarına qarşı tətbiq edilməsi planlaşdırılır. Eyni zamanda, neft nəqli ilə məşğul olan Rusiya şirkətlərinin, habelə hərbçilərin və şirkət rəhbərlərinin yeni sanksiyalara məruz qalacağı ehtimal olunur.

Bundan əlavə, Aİ hərbi texnologiya sahəsində Moskvaya yardım edən 30-a yaxın təşkilata məhdudiyyətlər qoymaq niyyətindədir. Bu siyahıya Rusiya, Serbiya, İran, Hindistan, Tailand və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri daxildir. Brüssel, həmçinin Rusiyaya hərbi qulluqçuların göndərilməsində iştirak edən Şimali Koreya məmurlarına qarşı sanksiya tətbiqini nəzərdən keçirir.

Agentliyin məlumatına görə, Rusiyanın 45-dən çox neft tankerinin Avropa limanlarına və xidmətlərinə girişinə də qadağa qoyulacaq.

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyaları noyabrın 27-də müzakirə edəcək.

Избранный
13
1
xezerxeber.az

2Источники