RU

Erməni politoloq: "Paşinyanın geosiyasi liderləri aldatması ölkənin probleminə çevriləcək"

Politoloq Karen Köçəryan Ermənistana məxsus 168 TV-yə müsahibəsində iddia edərək bildirib ki, Ermənistanın baş naziri N.Paşinyan 100% yalançıdır.


Adalet.az xəbər verir ki, politoloq Paşinyanı Ermənistanda dəhşətli korrupsiya olması və öz komanda yoldaşlarına
xəyanət edərək işdən çıxartmasına görə tənqid edib :Nikol Paşinyan əslində çox zəif liderdir. 5 nəfərlik ailəni idarə edə bilməyən adama bütün ölkəni idarə etmək çətindir. Onun zəifliyi də hirslənməkdən, hər şeyin günahını ona-buna atmaqdan irəli gəlir. Heç bir güclü lider xalq qarşısında öz işçilərinə xəyanət etməz. Yalnız zəif lider sülh üçün yalvarır, yalnız zəif lider deyir: Mən cavabdehəm, amma günahkar deyiləm”.

Köçəryan xüsusi olaraq bildirib ki, Paşinyanı da 100% yalançı adlandırmaq olar:" O, daxildəki insanları aldadarkən, bu, onun və seçicilərinin problemidir, ancaq geosiyasi liderləri aldatmağa başlayanda bu, hamımızın probleminə, ölkənin probleminə çevrilir:” O, geosiyasi mərkəzləri də aldadır. İndi baxsanız, xarici tərəfdaşlarla görüşlərdə gündəm yoxdur. Sadəcə, Paşinyanı nəzarətdə saxlamaq üçün zəng edir, gedir, ya da özləri gəlirlər ki, yenə aldadıb qaçmasın. Təəssüf ki, Ermənistan artıq öz subyektivliyini itirib və xarici güclərin loyallığı olmadan burada kiminsə hakimiyyətə gəlməsi və ya hakimiyyətdən getməsi mümkün deyil”-deyə erməni politoloq vurğulayıb.


P.S. Əslində politoloq Karen Köçəryanın fikirlərində bir gerçəklik var. Beynəlxalq arenalarda, sammit və konfranslarda Azərbaycanla sülh müqaviləsi bağlamaq fikrində olduğunu bildirsə də, İrəvana dönən kimi, dünyanın ən son modern silahlarını cəbbəxanasına daxil etmək üçün proses başladır.

Son 3 ildə Ermənistan ABŞ, Fransa, İran, Hindistan, Yunanıstan və bir çox ölkələrdən silah alıb ki, bu silahların arasında ballistik, hermetik, qanadlı, qısa və ortamənzilliraketlər mövcuddur. Həqiqətən də Paşinyan yalançıdır.


Əntiqə Rəşid


 

Избранный
8
adalet.az

1Источники