RU

Sinem Kobal super mini libası ilə gecəyə damğasını vurub

“Selena” serialındakı rolu ilə yadda qalan məşhur aktrisa Sinem Kobal həmkarı Kənan İmirzalıoğlu ilə ailə qurub, iki qız övladı dünyaya gəlib.

Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, bir müddət həyat yoldaşı və uşaqlarına baxan Kobal 7 ildən sonra çəkilişlərə qayıdıb.

Sinem Kobal bu yaxınlarda xüsusi dəvətə qatılıb və super mini libası ilə təəssürat yaradıb. Kobalın sifətindəki dəyişiklik diqqətdən yayınmayıb.

Hər fürsətdə set həsrətini dilə gətirən məşhur aktyor 7 illik uzun fasilədən sonra nəhayət ki, “Her şeyin başı Merkuri” filmi ilə çəkiliş meydançalarına qayıdıb.

 

Ceyran

Избранный
22
tribunainfo.az

1Источники