Rusiya Prezidenti Vladimir Putin noyabrın 27-də Qazaxıstana rəsmi səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Bildirilib ki, Rusiya lideri Astanada KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak edəcək, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar aparacaq.
Putinin Qazaxıstana səfəri iki gün davam edəcək.
“Cebheinfo.az”