RU

Goranboyun icra başçısı “Goran-Cotton” MMC-nin pambıq qəbulu məntəqəsində - FOTOLAR

Goranboyda icra başçısı Məhərrəm Quliyev aidiyəti məsul şəxslərlə birgə “Goran-Cotton” MMC-nin pambıq qəbulu məntəqəsində olub. 

"Unikal" xəbər verir ki, Goranboyda pambıqçılığın becərilməsi və tədarükü ilə bağlı, “MKT İstehsal Kommersiya” MMC, “Azərpambıq” MMC və “Goran-Cotton” MMC fəaliyyət göstərir.

Cari ilin məhsulu üçün, 1450 hektar sahədə pambıq becərilmişdir. Hazırda pambıq yığımı işləri aparılır və 26 noyabr 2024-cü il tarixə 3200 tona yaxın məhsul toplanaraq, aidiyyəti üzrə qəbul məntəqələrinə təhvil verilib.  Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyəti məsul şəxslərlə birgə, “Goran-Cotton” MMC-nin Dəliməmmədli şəhəri ərazisində fəaliyyət göstərən pambıq qəbulu məntəqəsində oldu, pambığın qəbulu və saxlanılması vəziyyəti ilə maraqlanıb. 

Избранный
27
unikal.az

1Источники