RU

Unudulmuş xatirələri necə bərpa etmək olar?

Alimlər müəyyən ediblər ki, çoxdan unudulmuş xatirələri bərpa etmək mümkündür. Bu səbəbdən insanın həmin xatirələrə dəlalət edən hər hansı bir təfərrüatı yada salması və onun üzərində düşünməyə başlaması, orada başqa hansı məlumatların onunla əlaqəli olduğunu xatırlamağa çalışması lazımdır.

Publika.az xəbər verir ki, bu barədə “The Conversation” jurnalı məlumat yayıb.

Mütəxəssislər qeyd edirlər ki, beyin hüceyrələri arasında hətta çoxdan unudulmuş xatirələri bərpa etməyə imkan verən müəyyən sinir mexanizmləri mövcuddur.

Belə ki, çox vaxt insan öz nitqində nəyisə deməli olanda unudur, “söz dilimin ucundadır” deyimi kimi. Bir insanın ümumiyyətlə yaddaşdan "uçmuş" bir detalın hansı mövzuya aid olduğunu başa düşməsi onun yaddaşda olduğunu göstərir, sadəcə o anda əlçatmazdır, buna görə də hər bir insan hadisə ilə bağlı bir neçə əlaqəli detalları xatırlayaraq, onu bərpa edə bilər.

Избранный
26
publika.az

1Источники