RU

ABŞ vətəndaşlarının yarıdan çoxu Ukraynaya yardımın əleyhinədir –SORĞU

ABŞ vətəndaşlarının yarıdan çoxu Ukraynaya hərbi yardımın əleyhinədir.

Azpost.info bildirir ki, bu barədə CBS YouGov” un keçirdiyi sorğunun nəticələri göstərib.

Sorğunun nəticələrinə görə, amerikalıların 51%-i Ukraynaya hərbi yardımın əleyhinədir.

Respondentlər arasında 33%  hesab edir ki, yardımın məhdudlaşdırılması  Tramp üçün prioritet olmalıdır. 36% bunun orta prioritet olduğunu, 31% isə bunun vacib olmadığını bildirib.

Sorğu noyabrın 19-dan 22-dək 2232 iştirakçı arasında keçirilib.

İyulda keçirilən Pew Research sorğusunun nəticələrinə görə, amerikalıların 48%-i ABŞ-ın Ukraynaya yardım etmək öhdəliyi olduğuna inandığını bildirib, 49%-i isə bunun əleyhinə çıxıb.

Demokrat seçicilər arasında yardıma dəstək böyük olub.

Избранный
22
azpost.info

1Источники