RU

Salah “Liverpul”dan gedə bilər


İngiltərə Premyer Liqasının “Liverpul” klubunun hücumçusu misirli Məhəmməd Salah komandanı tərk edə biləcəyini bəyan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TBR Football” məlumat yayıb.
Məlumata görə, futbolçu hələ də “Liverpul”dan yeni müqavilə təklifi almadığını qeyd edib.
Salahın üç illik müqavilə imzalamaq istədiyi də bildirilir. Ancaq “Liverpul” bunu etmək istəmir. Çünki o vaxta qədər oyunçu artıq 33 yaşında olacaq.
Tərəflər razılığa gələ bilməsələr, futbolçunun yayda azad agent kimi klubu tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, “Liverpul” 12 oyundan sonra 31 xalla İngiltərə çempionatında liderliyini davam etdirir.
Избранный
18
yeniavaz.com

1Источники