RU

Şimali Kiprdə “Qarabağ irsi” sərgisi - FOTOLAR

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) azərbaycanlı rəssam Nigar Helmi Abbasbəylinin əsərlərindən ibarət “Qarabağ irsi” mövzusunda rəsm sərgisi açılıb.

Modern.az-ın məlumatına görə, ŞKTC Xarici İşlər Nazirliyi Əməkdaşları və Həyat Yoldaşları Assosiasiyasının (DİMED) dəstəyi, DİMED-in rəhbəri, professor Oya Ertuğruloğlunun himayəsi ilə təşkil olunan sərgidə 20 əsər nümayiş olunub.

Tədbirin açılışında ŞKTC Xarici İşlər Nazirliyinin rəhbəri Tahsin Ertoğruloğlu, Şimali Kiprin səhiyyə naziri Hakan Dincürek, Türkiyənin ŞKTC-dəki səfirinin xanımı Sevim Çağla Serim və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətinin elan edilməsinin 41-ci ildönümü münasibətilə ölkədə tədbirlər həyata keçirilir.

Избранный
12
modern.az

1Источники