Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi 450 min manatdan artıq vəsaitə 2 ədəd xidməti avtomobil alır.
İndex.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Bildirilir ki, Agentliyin “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi “Xidməti yolsuzluq avtomobili”nin satın alınması üzrə tender elan edib.
“Xidməti yolsuzluq avtomobili”nin ehtimal olunan qiyməti 287 min manatdır.
Həmçinin, Agentliyin “Regional Su Meliorasiya Xidməti” 170 min manata “Minik avtomobili”nin satın alınması üzrə tender elan edib. Bununla da Agentliyin qurumu iki avtomobilin alınmasına ümumilikdə 457 min manat pul xərcləyəcək.