RU

Azərbaycanda yük sığortası üzrə rekord məbləğdə ödəniş verilib

Azərbaycanın sığorta şirkətlərindən biri yük sığortası üzrə ölkədə ilk dəfə və rekord məbləğdə ödəniş həyata keçirib.

Busaat.az-a daxil olan məlumata görə, sığorta hadisəsi Türkiyənin İstanbul şəhərində baş verib.

Belə ki, Bosfor Boğazında 80 metr uzunluğunda “AYED 1” yük gəmisi ilə 180 metr uzunluğunda “BUNUN ACE” yük gəmisi toqquşub, qəza nəticəsində sahilə istiqamətlənmiş gəminin içində yer alan yük Azərbaycan şirkətinin sığorta təminatı altında olub. Hadisə nəticəsində tələb edilən təqribən 900 000 ABŞ dolları sığorta ödənişi 15 gün ərzində tam şəkildə verilib. Ödəniş şirkətin maliyyə sabitliyinə mənfi təsir göstərməyib.

Избранный
4
5
busaat.az

6Источники