RU

"Əlimizdən gələni edəcəyik ki, Ermənistan..." – Duda

Polşa Ermənistanı Avropa ailəsinə daha da yaxınlaşdırmaq üçün hər şeyi edəcək və İrəvan maraqlı olarsa, kömək etməyə hazırıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanda səfərdə olan Polşa Prezidenti Anjey Duda deyib.

“Erməni xalqı və Ermənistan hakimiyyətinə münasibətdə yaxşı əhval-ruhiyyədəyik. Ermənistanı Avropa ailəsinə yaxınlaşdırmaq üçün hər cür səy göstərəcəyik”, - Polşa lideri belə söyləyib.

Duda ölkəsinin 2025-ci ildən Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edəcəyini xatırladıb və əmin edib ki, Varşava Ermənistan və Aİ-nin yaxınlaşması üçün əlindən gələni edəcək:

“Vizaların liberallaşdırılmasından danışanda bu, həm də Aİ orqanlarının qəbul etdiyi qərarlarla bağlıdır. Pola (sədrlik dönəmində) burada da qərar qəbul etmək imkanı əldə edəcək. Aİ kollektiv orqandır və qərarların qəbulu üçün ittifaq üzvlərinin əksəriyyətinin razılığı lazımdır.

Dəyişikliklərə məruz qalan “Şərq Tərəfdaşlığı” formatını bərpa etmək istəyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
18
teleqraf.com

1Источники