RU

"Kəpəz"in futbolçusu: "Hücumda sonluğu gətirə bilmirdik" - MÜSAHİBƏ

"Kəpəz"in futbolçusu Rauf Hüseynli Sport24.az-a müsahibə verib.

İdman.biz xəbər verir ki, o, komandasının Premyer Liqada qalmaq şanslarını dəyərləndirib.

- "Araz-Naxçıvan"a qarşı məğlub olduğunuz oyununuzu necə dəyərləndirərdin?
- Qalib gəlməyi çox istəyirdik. Birinci hissə istədiyimiz kimi alınmadı. İkinci hissə daha yaxşı oynamağa başladıq. Üstünlük bizim tərəfdə idi, sadəcə hücumda sonluğu gətirə bilmirdik.

- "Neftçi" və "Sumqayıt" qələbə qazandı. Xal fərqi artır. Elitada qalmaq şanslarınız hər tur azalır sanki...
- Çempionat uzun marafondur. Hələ irəlidə çox oyunlar olacaq. Komanda olaraq əlimizdən gələni edəcəyik ki, Premyer Liqada qalaq.

- "Səbail" büdcə və heyət baxımından sizdən üstündür. Elitada qalmaq mübarizəsinin bu iki komanda arasında gedəcəyini demək olar?
- Hələ mövsümün ortasındayıq. Fikir bildirmək çətindir. Hər bir komanda istənilən rəqibini məğlub edə bilər.

- Hazırda "Kəpəz"in prioriteti nədir?
- Hər matçda sona qədər vuruşub, xal və ya xallar qazanmaq istəyirik.

- Qarşıda "Şamaxı" səfəri var. Onlar da uzun müddətdir, qələbə qazana bilmir və azarkeşləri önündə üç xal üçün çox istəkli olacaq. Bu görüşdən gözləntiləriniz nədir?
- Çətin səfər oyunu bizi gözləyir. Maksimum nəticə qazanmaq üçün meydanda komanda şəkilində sona qədər mübarizə aparacağıq.

İdman.biz

Избранный
19
idman.biz

1Источники