RU

Kürdü türkdən ayırmaq dünyanı günəş sistemindən ayırmaq qədər qeyri-mümkündür -, » AzadMedia.az




Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı PKK terror təşkilatının lideri Abdullah Öcalana verdiyi təklifdən danışıb.

Azadmedia.az Teleqraf.com-a istinadən xəbər verir ki, partiya rəhbəri bundan öncə verdiyi sözün arxasında olduğunu deyib.

“Kürdü türkdən ayırmaq dünyanı günəş sistemindən ayırmaq qədər qeyri-mümkün və axmaqlıqdır. Gələcəyimiz birdir, terroru gündəmimizdən tamamilə çıxarmaq üçün əl-ələ verməliyik. Qəndildə (PKK-nın baş qərargahında) dəmlənənlər qərar verməlidir: separatçı təşkilatların tərəfdarısınız, yoxsa ortaq taleyin? MHP hər sözünün arxasındadır. Oktyabrın 22-də dediklərimizin arxasındayıq. İmralı (Öcalan) ilə DEM (HDP) arasında üzbəüz təmas olmalıdır. Baxışlar mütləq dəyişməlidir”, - Baxçalı vurğulayıb.

Qeyd edək ki, MHP lideri oktyabrda Öcalanı PKK-nın buraxıldığı və tərksilah edildiyini açıqlamağa, terrorçu fəaliyyətdən siyasətə keçməyə çağırmışdı. MHP liderinin fikrincə, Öcalan bunları edərsə, həbsdən azad edilməsi məsələsinə baxıla bilər.
Избранный
2
1
azadmedia.az

2Источники