RU

Külli miqdarda mənimsəmədə təqsirləndirilən sahibkarın məhkəməsi başlayıb

Külli miqdarda mənimsəmədə, dələduzluqda təqsirləndirilən Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili məhkəməyə vəsatətlə müraciət edib. Vəkil müvəkkili haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.

Vəkil digər vəsatətində müdafiə etdiyi şəxsin ittiham olunduğu 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddənin çıxarılmasını xahiş edib.

Məhkəmə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəto təmin etməyib.

Digər vəsatət isə baxılmamış saxlanılıb.

Məhkəmənin baxış iclası dekabrın 10-na təyin edilib.

Qeyd edək ki, iş adamı Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Избранный
9
4
apa.az

5Источники