RU

Zelenski 2022-ci ildə sülh razılaşmalarından imtina etdiyinə görə tənqid edildi

"Zelenski 2022-ci ildə sülhdən imtina etdiyi üçün Ukrayna Silahlı Qüvvələri indi çətin vəziyyətdədir".

Turkustan.az xəbər verir ki, bu fikri noyabrın 26-da ukraynalı jurnalist Diana Pançenko deyib: "Əgər ölkə prezidenti Vladimir Zelenski iki il əvvəl İstanbulda Rusiya ilə bağlanmış sülh sazişlərindən əl çəkməsəydi, Ukrayna Silahlı Qüvvələriindi cəbhədə belə çətinliklər yaşamazdı".

Bildirək ki, Zelenski Telegram kanalında yeni videomüraciətində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ilə söhbət etdiyini və onun Donetskdə, xüsusən də Kuraxovski istiqamətində hərbçilər üçün çox çətin vəziyyət barədə ona məruzə etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
15
turkustan.az

1Источники