RU

“AFB Bank” tender elan edir

 (®) “AFB BANK” Açıq Səhmdar Cəmiyyəti TENDER ELAN EDİR

Tenderin adı: “AFB BANK” ASC tərəfindən məlumatların təsnifləşdirilməsi üzrə xidmətlərin satın alınması.

Tenderin elan tarixi: 26.11.2024

Tenderin son tarixi : 10.12.2024

03.12.2024-cü il  tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir.

10.12.2024-cü il tarixinə kimi qiymət təklifləri göndərilməlidir.

Ümumi texniki tələblər:

- Podratçı şirkətin fəaliyyət müddəti və tamamlanmış müvafiq layihələr barədə məlumat.

- Oxşar layihələr üzrə əldə olunmuş təcrübələr barədə məlumat.

- Uyğun olduğu halda əvvəlki müştərilərin siyahısı, həmçinin məlumatların təsnifatı ilə bağlı rəylər və ya iş nümunələri. 

- Komanda üzvlərinin sertifikatları və layihədəki  vəzifələri haqqında məlumat.

- Təklif olunan metodologiya – Əl ( manual ) ilə məlumatların təsnifatı üçün təklif edilən yanaşma, istifadə edilən   alətlərin, texnikaların  və s təsviri.

- Müvafiq standartlara (məsələn, ARMB-nın maliyyə təşkilatları qarşısında tələbləri, PCİ DSS, SWIFT və ISO 27001)  uyğunluq.

- Layihəyə cəlb ediləcək əməkdaşların sayı

- Metodologiyanı nümayiş etdirmək üçün kiçik həcmli məlumat təsnifatını təqdim etmə qabiliyyəti.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)

- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;

- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış

- Daha əvvəl həyata keçirilmiş layihələr və istifadəçi referansları

- tender təklifi 31.01.2025 tarixinə kimi  qüvvədə olmalıdır;

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-Optimal qiymət təklifi;

-Sənədləşmənin tələb olunan qaydada təşkili;

-Sifarişin vaxtında və düzgün qaydada icrası;

Tenderdə iştirak etmək istəyən  şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə 03 .12. 2024-cü il -tarixinə kimi   poçt vasitəsilə  (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466  ) ünvanına  İlkanə Mütəllimova adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcək. Yaranacaq suallarla bağlı  e-mail  vasitəsi ilə ([email protected]) müraciət edə və yaxud İlkanə Mütəllimova (050 290 58 84 )  ilə əlaqə saxlaya bilərsiniz.

Избранный
12
2
marja.az

3Источники