RU

Turab Rzayev: “Bayden hakimiyyətdən getməzdən əvvəl münaqişəni qızışdırmağa çalışır”

ABŞ-də Bayden hakimiyyəti sona yaxınıaşdıqca Ukrayna-Rusiya müharibəsi daha da alovlanır. Ukraynanı dayanmadan silahlandıran ABŞ uzaqmənzilli ballestik raketlərlə Rusiyanın dərinlikləriniə zərbələr endirməyə də icazə verib. Ukrayna ərazisində Rusiya ilə müharibə aparan ABŞ bununla Rusiyanı zəiflətmək niyyəti güdür. Eyni zamanda Bayden adminstrasiyası Trampın andiçməsinə qədər ona böyük bir problem qoyub getməyi planlaşdırır.

Məsələylə bağlı KONKRET.az-a açıqlama verən politoloq Turab Rzayev bildiridi ki,  eyni vaxtda bir neçə hədəfin olması mümkündür: “Bunlardan biri də  Trampın Rusiyaya yaxınlaşmasına mane olmaqdır. Bayden adminstrasiyası çalışır ki, bunun qarşısını alsın. Trampın Ukrayna ilə Rusiya arasında sülh yaratmaq niyyəti onların maraqlarına uyğun deyil. Eyni zamanda Bayden çalışır ki, Putinin sühpərvər görünməsinin qarşısını alsın. Ona görə də Baydenin narahatlığını başa düşmək olar. Eyni zamanda ABŞ-nin dövlət sisteminin məsələyə öz baxışı var. Hələ Tramp birinci prezidentliyi dövründə  nə qədər çalışsa da, Rusiya-Ukrayna münasibətlərini yaxşılaşdıra bilmədi. ABŞ-nin dövlət sistemi onu məcbur etdi ki, Tramp özündən əvvəlki prezidentlərdən daha sərt davransın və Rusiyaya qarşı sərt mövqe nümayiş etdirsin”.

Daha sonra ABŞ-nin dövlət institutlarının  rolunu qabardan politoloq bildirdi ki, bu məsələdə təkcə Bayden deyil, Pentaqonda maraqlı görünür: “Xarici siyasətdə, xüsusilə hərbi məsələdə Pentaqonun xüsusi çəkisi var. Digər tərəfdən onlara elə gəlir ki, Tramp istədiyi sülh müqaviləsini əldə edə bilməyəcək. Eyni zamanda Bayden hakimiyyətdən getməzdən əvvəl münaqişəni o həddə çatdırmağa çalışır ki, Tramp istəsə belə onu düzəltmək çətin olsun. Buna paralel olaraq Rusiyanın da aqressiv açıqlamalarını görürük. Moskvada da müharibənin genişlənməsinin fərqindədir və ruslar düşünür ki, indiki halda buna sərt cavab verməsələr ABŞ-nin Ukraynaya verdiyi hərbi yardım daha çox arta bilər. Buna görə də, Rusiya da öz mövqeyini sərtləşdirib. Çox güman ki, Tramp Ukraynaya silah verilməsinə qarşı olmayacaq. Hər iki tərəfə təzyiq etməyin yolları var və Tramp bunu çox gözəl bilir. Çox güman ki, Ukraynanı həddindən artıq silahlandırıb Rusiyanı küncə sıxacaq və razılıq əldə olunacaq. Ya da əksinə Ukraynaya silah verilməsini dayandırmaqla Rusiya ilə ortaq məxrəcə gələcək”.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
10
konkret.az

1Источники