RU

Tələbələrə MÜHÜM XƏBƏR: Borclar bağışlandı

Təhsil Tələbə Kredit Fondunun (TTKF) indiyədək kredit götürən və təhsilini uğurla başa vuran məzunlara bağışladığı vəsaitin həcmi 433 min manatı ötüb.

Xəbər verilir ki, bunu Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov deyib.

Onun sözlərinə görə, təhsil tələbə kreditindən yararlanıb təhsilini başa vuran 6347 təhsilalanla Fond arasında ümumilikdə 13396 kredit müqaviləsi bağlanılıb: “Bir tələbə bir neçə dəfə müqavilə bağlaya bilər. 6347 nəfər arasında da bir və daha çox müqavilə bağlayanlar olub. Təhsilalanlarla müqavilələr semestr üzrə bağlanılır və təhsil haqqının bir semestrə düşən hissəsini əhatə edir”. 

B.Əzimov qeyd edib ki, kredit götürən, məzun olmuş 3706 nəfərlə bağlanan 6904 müqavilə faizsiz olub. Belə ki, qaydalara əsasən, sosial təhsil tələbə krediti əldə etmiş tələbənin semestr sonunda ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) balı 71 və daha yuxarı, standart təhsil tələbə kreditindən yararlanan tələbənin ÜOMG balı 91 və daha çox bal olarsa, həmin semestr üzrə kreditlərə faiz hesablanmır.


İndiyədək məzun olan 389 nəfərlə bağlanan 909 standart kredit müqaviləsi üzrə məbləğin 25 faizi bağışlanıb. Bağışlanan həmin vəsaitin ümumi məbləği 211 781 manat təşkil edib.

Sosial kredit götürən və məzun olan 171 nəfər tələbə  ilə bağlanmış 399 müqavilə üzrə 91 və daha yüksək nəticə ilə təhsilini tamamladığından təhsil dövrü boyunca əldə etdikləri kredit məbləğinin 50 faizi onlara bağışlanıb. Bağışlanan vəsaitin ümumi həcmi 221 729  manat təşkil edib.


Избранный
1
7
azia.az

8Источники