RU

“Tramp təzyiq göstərərsə, Netanyahu buna əməl edəcək” – Barak Ravid

“Tramp müharibəni dayandırmağa təzyiq göstərərsə, Netanyahu buna əməl edəcək”.

Yenicag.az xəbər verir ki, bunu analitik Barak Ravid Yaxın Şərqdə baş verənlərlə bağlı təhlilində deyib.

Onun sözlərinə görə, Qəzzadakı müharibə yalnız regional deyil, qlobal miqyasda da mənfi təsirlərini göstərir:

“Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə dair verdiyi order müharibəyə “böyük nəticələr” verəcək. İsrailin bir nömrəli müttəfiqi ABŞ-dir. Arxasında güclü dayaq olduğunu hiss edən İsrail dayanmaq istəmir. İlk başlarda Baydenin əsas məqsədi Qəzzadakı münaqişənin Yaxın Şərqin digər hissələrinə keçməsinin qarşısını almaq idi. Lakin o, bu məqsədə çata bilmədi”.

“İsrail Qəzzadakı müharibə ilə bağlı məqsədlərini açıqladıqda HƏMAS-ın gələcək hücumlarının qarşısını almaq olduğunu bildirdi. Lakin proseslər deyildiyi kimi cərəyan etmir. Qəzzanı əbədi olaraq yenidən işğal etmək və fələstinliləri Qəzzanın şimalından qovmağı hədəfləyirlər. Əgər belə olacaqsa, yaxın perspektiv həm israillilərin, həm də fələstinlilərin fəlakətə sürükləndiyini göstərir. ABŞ-də prezident seçkilərində Donald Tramp yenidən qalib oldu. Onun təzyiq göstərmək gücü daha çoxdur. Tramp müharibəni dayandırmağa təzyiq göstərərsə, Netanyahu buna əməl edəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Избранный
25
yenicag.az

1Источники