RU

Zelenskinin həyat yoldaşı ETİRAF ETDİ: Ayrı yaşayırıq

Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya İtaliyanın "Rai" telekanalına övladlarının hazırda harada olduğunu deyib.

Publika.az xəbər verir ki, Zelenskayanın sözlərinə görə, uşaqlarının təhlükəsizliyinə görə o, bütün təfərrüatları açıqlaya bilmir. Amma qeyd edib ki, övladları Kiyevdədir.

Birinci xanım vurğulayıb ki, mütəmadi olaraq işgüzar səfərlərə, o cümlədən xarici səfərlərə getsə də, onların övladları həmişə Ukraynanın paytaxtında olurlar.

Ukrayna prezidentinin xanımı onu da bildirib ki, əri ilə ayrı yaşamağa davam etsələr də, iş sayəsində onlar bir-birləri ilə görüşüb vaxt keçirə bilirlər.

Xatırladaq ki, Zelenskilərin bir oğlu və bir qızı var.

Избранный
15
publika.az

1Источники