RU

"Bank of Baku"da depozit faizləri dəqiq oldu: 12 və 18 ay üzrə illik 12%

Ölkənin seçilən banklarından olan "Bank of Baku" depozit məhsulunun faiz dərəcələrinə müştərilərə daha gəlirli olacaq şəkildə dəyişiklik edib. 

"Unikal" xəbər verir ki, "Bank of Baku" AZN valyutalı “Dinamik əmanət” məhsulu üzrə yeni yerləşdirilən və prolonqasiya edilən əmanətlərin faiz dərəcələrini yüksəldib. Belə ki, 6 – 18 aylıq müddətlər üzrə yerləşdirilən əmanətlərin faiz dərəcələri 12%-dək artırılıb. Hazırda faiz dərəcələri

- 6 – 11 ay üzrə 10%

- 12 və 18 ay üzrə isə 12% təşkil edir.

Qeyd edək ki, yuxarıda qeyd olunan faiz dərəcələri əmanət gəlirinin həm aylıq, həm də müddətin sonunda ödənildiyi hallar üçün keçərlidir. 

Məlumat üçün bildirək ki, "Bank of Baku"da AZN valyutasında yerləşdirilən yeni əmanətlərdə, eləcə də prolonqasiya edilən əmanətlərdə artım etmək mümkündür. Müddəti 12 aydan çox olmayan əmanətlərdə əmanət məbləği əmanət müddətinin yarısınadək istənilən məbləğdə artırıla bilər.

Prolonqasiya olunduğu halda isə prolonqasiya müddətinin yarısınadək istənilən məbləğdə artım etmək olar. Müddəti 12 aydan çox olan əmanətlərdə isə müəyyən şərtlər daxilində əmanətin artırılması mümkündür. Ətraflı: www.bankofbaku.com/az/emanetler/dinamik-emanet)

Məlumat üçün bildirək ki, “Bank of Baku”da yerləşdirilən 100.000 AZN-dək bütün AZN valyutalı əmanətlər müddətindən asılı olmayaraq sığortalıdır. 

Eyni zamanda, “Bank of Baku”ya 18 ayadək müddətə yerləşdirilən 24.000 AZN-ə qədər əmanətlərin, eləcə də 18 aydan daha çox müddətə yerləşdirilən istənilən məbləğdə əmanətlərin aylıq faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.

Bankın digər məhsul və kampaniyaları haqqında 145 Məlumat Mərkəzi, Bank of Baku-nun rəsmi veb səhifəsi – www.bankofbaku.com və ya rəsmi Facebook səhifəsi – www.facebook.com/bankofbaku vasitəsilə ətraflı məlumat ala bilərsiniz.
 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku

 

Избранный
20
9
unikal.az

10Источники