RU

Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb

Özbəkistan
Özbəkistan Respublikasının Baş Prokurorluğu 25 noyabr tarixində Özbəkistan Prezidenti Administrasiyasının İnformasiya Siyasəti Departamentinin keçmiş rəhbəri Komil Allamjanova qarşı bu il oktyabrın 26-da törədilmiş sui-qəsd cəhdi ilə bağlı əlavə şəxslərin saxlanıldığını açıqlayıb. Bu barədə 1news.az Özbəkistanin Milli İnformasiya Agentliyinə (UzA) istinadən məlumat verir.
“Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayətin törədilməsi ilə ümumilikdə yeddi nəfərin əlaqəli olduğu müəyyən edilib. Onlardan beş nəfəri barəsində həbs qətimkan tədbiri seçilib, iki nəfər isə axtarışa verilib”, - Baş Prokurorluqdan bildirilib. Təqsirləndirilən şəxslərdən biri olan Özbəkistan vətəndaşı Javlon Yunusov Cənubi Koreyada saxlanılıb və ölkəyə ekstradisiya olunub. Həmçinin, Qazaxıstan Respublikasında gizlənən təqsirləndirilən şəxs K.S.-nin yeri müəyyən edilib və onun iştirakı ilə istintaq hərəkətləri aparılıb. Qeyd edək ki, bu günlərdə Özbəkistan hüquq-mühafizə orqanlarının bəzi vəzifəli şəxsləri, o cümlədən Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri vəzifəsindən azad edilib. UzA-nın istinad etdiyi mənbənin sözlərinə görə, bu istefalar Komil Allamjanova sui-cəhdi ilə bağlı cinayət işi çərçivəsində həyata keçirilib. Xatırladaq ki, hadisə oktyabrın 26-na keçən gecə Daşkənd vilayətinin Kibray rayonunda baş verib. İki nəfər naməlum şəxs K.Allamjanovun olduğu yolsuzluq avtomobilini atəşə tutub və hadisə yeridən qaçıb. Atışma faktı ilə bağlı Özbəkistan Cinayət Məcəlləsinin 25-ci (“Cinayətə hazırlıq və cinayətə cəhd”) və 97-ci (“Qəsdən adam öldürmə”) maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, Komil Allamjanov 2017-2018-ci illərdə Özbəkistan Prezidentinin mətbuat katibi olub, daha sonra İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinə rəhbərlik edib. 2022-ci ildə o, Prezident Administrasiyasına qayıdıb, 2023-cü ilin sentyabrında isə özəl sektorda fəaliyyət göstərmək planlarını açıqlayaraq İnformasiya Siyasəti Departamentinin rəhbəri vəzifəsindən istefa verib.

Избранный
22
1news.az

1Источники