Gürcüstan Azərbaycan və Türkiyə ilə çoxşaxəli əməkdaşlığı, strateji tərəfdaşlıq əlaqələrini, regional və qlobal əhəmiyyətli layihələri davam etdirəcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın yeni xarici işlər naziri Maka Boçorişvili parlamentdə çıxışı zamanı deyib.
“Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq platforması mühüm regional format olaraq qalacaq”, - nazir vurğulayıb.